“Son iki gün ərzində Rusiya təyyarələrinin Avropa üzərindəki hərbi manevrlərinin sayında “qeyri-adi” artım müşahidə olunur”. “Son iki gün ərzində Rusiya təyyarələrinin Avropa üzərindəki hərbi manevrlərinin sayında “qeyri-adi” artım müşahidə olunur”.

Rus qırıcıları Qərbdə çaxnaşma yaratdı

“Son iki gün ərzində Rusiya təyyarələrinin Avropa üzərindəki hərbi manevrlərinin sayında “qeyri-adi” artım müşahidə olunur”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı NATO-nun rəsmiləri yayıb.

NATO Baltik, Şimal və Qara dənizlərilə yanaşı Atlantik okeanının üzərində Tu-95 bormardmançı və MiG-31 qırıcılarından ibarət 4 təyyarə qrupunun izlənildiyini qeyd edib.

Onları qarşılamaq üçün havaya Norveç, Britaniya, Portuqaliya, Almaniya və Türkiyə təyyarələri qaldırılıb.

Ukrayna böhranından sonra Rusiya ilə NATO arasında əlaqələr gərginləşib.
NATO bəyanatında deyilir ki, Norveç dənizi üzərindən keçən Rusiya təyyarələri qrupu beynəlxalq hava məkanına daxil olublar.

Bundan sonra 6 təyyarə Rusiyaya doğru istiqamət alıb. Norveç sahil xətti boyunca uçuşunu davam etdirən Rusiya Тu-95 bombardmançılarını isə öncə Britaniya, daha sonra isə Portuqaliya qırıcıları müşayiət ediblər.

"Təyyarələr uçuşların məqsədilə bağlı nəzarət xidmətlərilə təmasa girməyiblər. Bu mulki aviasiya üçün potensial təhlükə yaradıb", - deyə NATO rəsmisi vurğulayıb.
Rusiya tərəfi NATO-nun bəyanatını şərh etməyib.

2014-cü ildə NATO aviasiyası 100-dən artıq Rusiya təyyarəsinin uçuşuna müdaxilə edib. Bu öncəki ilin göstəricilərindən 3 dəfə artıqdır.

Ötən həftə NATO Baltik dənizi üzərində Rusiyanın casus təyyarəsinin uçuşuna müdaxilə edildiyini bildirib. Rusiya öz təyyarəsinin neytral sular üzərində uçduğunu deyib.

İlin əvvəlində Krımın ilhaqı ilə bağlı ABŞ və Aİ Rusiyaya qarşı sanksiyalar elan ediblər.


AzNews.az