Azərbaycanın iki müxalifət partiyası - Müsavat və AXCP arasında gərginlik son həddə çatıb. Azərbaycanın iki müxalifət partiyası - Müsavat və AXCP arasında gərginlik son həddə çatıb.

Müsavat-AXCP davası pik həddə - Kompromatlar işə düşdü

Azərbaycanın iki müxalifət partiyası - Müsavat və AXCP arasında gərginlik son həddə çatıb.



AzNews.az xəbər verir ki, artıq hər iki partiyaya yaxın mətbu orqanlar qarşılıqlı ittihamlarla, daha doğrusu təhqirlərlə dolu yazılar dərc ediblər.



Bu gün günün birinci yarısında azadliq.info saytı "AXCP-yə qarşı təxribatlara partiyadan sərt cavab" adlı bir yazı yerləşdirilib. Həmin yazıda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vurğulayıb ki, Müsavat Xalq Cəbhəsinə qarşı hər cür çirkin üsula əl atır. Yazıda bildirilir ki, müsavat.com saytında AXCP üzvlərilə bağlı heç bir həqiqətə uyğun olmayan, təxribat xarakterli sifarişli yazılar yayımlanır.

4 saat sonra isə müsavat.com saytı Fuad Qəhrəmanlının yazısına cavab olaraq "Siyasi qoturları qaşımaq mövsümü başladı – Əli Kərimlinin şər dəstəsi yenə..." yazısını dərc edib.
Yazıda Fuad Qəhrəmanlının hakimiyyətlə gizli anlaşma apardığı və buna görə də Müsavata qarşı böhtanlar atdığı qeyd olunur: "AXCP sıralarında başlayan istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları təşkilatın şər makinasını yenidən işə salıb. Bu cür hallarda AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən, Müsavatın, ya da "Yeni Müsavat" qəzetinin üstünə gəlirlər.
AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi hakimiyyət qarşısında öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə qarşı danışır. İddialara görə, görə onu məhz bu fəaliyyəti və gələcək öhdəçiliyinə görə, hakimiyyət bir vaxtlar həbs etmədi. Arif Hacılı və başqa müxalifət funksionerləri uzun zaman həbsdə qaldı; eyni ittiham üzrə yalnız Fuad Qəhrəmanlı azadlıqda saxlandı".


Saytdakı yazının sonunda AXCP-nin sədri Əli Kərimli təhqir edilib:
"Əli Kərimlinin bir şakəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hərə dəfə də özünü gəlib, bizlərə sürtür. İndi yenə, həmin sezondu. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz, xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin. İçi də Fuad Qəhrəmanlı qarışıq"...

Bu iki partiyaların rəsmilərinin və onların saytlarının bir-birinə iftira və təhqir dolu ifadələrinə şərh vermək fikrində deyilik.

Ancaq əminik ki, bu partiyalar arasında münaqişə özünün ən pik nöqtəsinə çatıb.
Yeri gəlmişkən qeyd edək ki, dünən qardaş Türkiyənin Respublika gününün 91-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə Əli Kərimli ilə İsa Qəmbər bir-birilə görüşməyib.