“Sərhədləri mübahisəli olan torpaqlar Avrasiya Birliyinin üzvü ola bilməz”. “Sərhədləri mübahisəli olan torpaqlar Avrasiya Birliyinin üzvü ola bilməz”.

“Mübahisəli torpaqlar Avrasiya Birliyinə daxil ola bilməz”

“Sərhədləri mübahisəli olan torpaqlar Avrasiya Birliyinin üzvü ola bilməz”.



AzNews.az xəbər verir ki, bu sözləri Ermənistan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Nikolay Rıjkov İrəvanda jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qarabağ problemi həll edildikdən sonra Avrasiya Birliyinə üzvlük haqda düşünmək olar:
"Əgər Dağlıq Qarabağ Ermənistan torpağı kimi qəbul edilsə, bu halda Birliyə qəbulda heç bir problem yaşanmaz, ancaq hazırkı durumda bu, mümkün deyil", - deyə rusiyalı siyasətçi bildirib.

Qeyd edək ki, erməni mediası Nikolay Rıjkovun bu çıxışının bəzi tezislərindən yenə də öz xeyirləri üçün istifadə edərək elektron mediada "Biz Qarabağı Avrasiya Birliyinin tərkibində görməyə şadıq" başlıqlı yazı dərc ediblər.