Rusiyadan fiziki şəxslərin Ermənistana köçürdüyü maliyyə vəsaitinin həcmi azalmaqda davam edir. Rusiyadan fiziki şəxslərin Ermənistana köçürdüyü maliyyə vəsaitinin həcmi azalmaqda davam edir.

Rusiyadan Ermənistana köçürülən pul azalır

Rusiyadan fiziki şəxslərin Ermənistana köçürdüyü maliyyə vəsaitinin həcmi azalmaqda davam edir.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu ölkənin Mərkəzi Bankının açıqladığı məlumata görə, 2014-cü ilin sentyabrında Ermənistandan Rusiyaya köçürülən pulların həcmi 153,3 milyon dollar təşkil edib. Bu rəqəm 2013-cü ildə 167,7 milyon dollar (8,6 faiz) çox olub.

Bunun səbəbi isə Rusiyada davam edən iqtisadi böhran və sanksiyalarla bağlıdır. Belə ki, Beynəlxalq Valyuta Fondu 2014-cü il üçün Rusiyanın iqtisadiyyatının 4 faiz artacağını proqnozlaşdırırdısa, ötən ay bu proqnozun 0,2 faizi keçməyəcəyini bildirib.

Rusiya Ermənistanın Avropa Birliyindən sonra ən böyük ticarət tərəfdaşı olsa da, pul transferlərinin 85 faizi məhz bu ölkənin payına düşür.