Bu gün Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşıb. Bu gün Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşıb.

Gülalıyevin oğluna hökm oxundu

Bu gün Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses yekunlaşıb.




Məhkəmə onu 221.1-ci (xuliqanlıq) maddə ilə təqsirli bilib və əmək haqqının 15%-i dövlətin xeyrinə tutulmaqla, 6 ay islah işlərinə məhkum edib.

Bundan başqa, cəza müddəti bitdikdən sonra Əli Gülalıyev polisin nəzarəti altında olacaq və ölkəni tərk edə bilməyəcək.

"Qafqazinfo" xəbər verir ki, məhkəmənin hökmünü Turan-a şərh edən Oqtay Gülalıyev hökmlə razı olmadığını və apelyasiya şikayəti verəcəyini bildirib.

Maraqlıdır ki, oğlan əyani şöbənin tələbəsidir və əmək haqqı almır, buna görə ondan pulun necə tutulacağı aydın deyil.

Xatırladaq ki, Ə.Gülalıyev 20 dekabr 2013-cü il tarixində təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etməkdə ittiham olunurdu. İş üzrə zərərçəkmiş kimi həmin məktəbin şagirdi Bayram Sultanlı keçirdi, o, sonda şikayətindən imtina edib.

Prokuror məhkəmədən təqsirləndirilən şəxsin 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Qeyd edək ki, Ə.Gülalıyev özü üç gün sonra naməlum şəxslər tərəfindən döyülüb və yaralanıb, amma bu iş indiyədək araşdırılmayıb.