Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtobus yük maşınına çırpıldı- Yaralılar var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



APA-nın məlumatına görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 92 saylı marşrut xətti üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu yol kənarında dayanmış "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hazırda xəsarət alanların sayı dəqiqləşdirilir.