Gəncə və Cəlilabadda yanğın hadisələri qeydə alınıb. Gəncə və Cəlilabadda yanğın hadisələri qeydə alınıb.

Gəncədə ev, Cəlilabadda maşın yandı

Gəncə və Cəlilabadda yanğın hadisələri qeydə alınıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncənin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv m olan 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağında 1 ədəd çarpayı yanıb. Ev yanğından mühafizə olunub.

Cəlilabad şəhərində isə vətəndaşa məxsus "Opel" markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.


AzNews.az