Ukrayna, Rusiya və Avropa İttifaqı bu qış Rusiya qazının Ukraynaya nəqlinin bərpası barədə razılaşma əldə ediblər. Ukrayna, Rusiya və Avropa İttifaqı bu qış Rusiya qazının Ukraynaya nəqlinin bərpası barədə razılaşma əldə ediblər.

Qərb bu qış donmayacaq – Rusiya razılığa gəldi

Ukrayna, Rusiya və Avropa İttifaqı bu qış Rusiya qazının Ukraynaya nəqlinin bərpası barədə razılaşma əldə ediblər.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Avropa Komissiyasının sədri Jose Manuel Barroso yayıb.

Brüsseldə üçtərəfli sazişin imzalanmasından baş tutan mətbuat konfransında Avropa Komissiyasının rəsmisi "Avropa bu qış soyuqda qalmaq narahatlığından qurtardı" sözlərini deyib.

Qeyd edək ki, bu sazişin əldə edilməsi üçün danışıqlar yarımçıq qalmaq təhlükəsi ilə üzləşmişdi. Belə ki, Rusiya qaz pulunu ödəməyən Ukraynanın əvəzində Avropa İttifaqından daha etibarlı qarantiya istəyirdi.

Hazırkı vəziyyətdə bu qarantiya Ukraynanın Rusiyaya qaz üçün borcunun ödənməsinə Avropanın maliyyə köməyi ola bilər.

Ukraynanın baş naziri Arseny Yatsenyuk vurğulayıb ki, Avropa İttifaqı Ukraynanın Rusiyaya qaz borcunu ödəməsi üçün qarant olmağa razılıq verib: "Ukrayna Rusiyaya ilin sonunadək qazın hər min kubmetri üçün 378 dollar, 2015-ci ilin birinci rübündə isə 365 dollar ödəyəcək. Bu barədə saziş təsdiqlənən kimi Kiyev Rusiyaya olan borclarını tamamilə qaytarmaq iqtidarında olacaq".

Razılaşmaya əsasən Ukrayna 1.45 milyard dolları dərhal, yerdə qalan 1. 65 milyard dolları isə ilin sonunadək ödəməlidir.

Kiyevdən alınan xəbərlərdə deyilir ki, ölkənin "Naftogaz" şirkəti borclarrın ödənməsi üçün 3, 1 milyard dollar pul ayırıb.

Rusiya Avropada istehlak edilən qazın üçdə birini verir və bu həcmlərin tam yarısı Ukrayna vasitəsilə nəql olunur.

Eyni zamanda qazdan gələn gəlirlər Rusiya büdcəsinin beşdə birini təşkil edir.