Serbiyanın “Srvena Zvezda” klubunun sabiq baş məşqçisi, Xorvatiya yığmasının keçmiş futbolçusu Robert Prosineçki gələn həftə Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənəcək. Serbiyanın “Srvena Zvezda” klubunun sabiq baş məşqçisi, Xorvatiya yığmasının keçmiş futbolçusu Robert Prosineçki gələn həftə Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənəcək.

Milliyə yeni baş məşqçi təyin edildi

Serbiyanın “Srvena Zvezda” klubunun sabiq baş məşqçisi, Xorvatiya yığmasının keçmiş futbolçusu Robert Prosineçki gələn həftə Azərbaycan millisinin baş məşqçisi kimi təsdiqlənəcək.



Bu haqda sportpress.az saytı xəbər yayıb. Sayt Xorvatiya mətbuatına əsasən xəbər verir ki, məşqçiylə AFFA arasında yekun razılıq əldə olunub. Prosineçki AFFA rəhbərliyi ilə Parisdə keçirilən görüşdən sonra ölkəmizdə işləməyə razılaşıb.

Tərəflər arasında rəsmi müqavilənin noyabrın 4-də imzalanacağı gözlənilir. Həmin gün məşqçi ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, Robert Prosineçki Xorvatiya yığmasında Slaven Biliçin köməkçisi işləyib.