Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparovun 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib. Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparovun 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

“Harri Kasparovun Bakıya gəlişi şayiədir” - AÇIQLAMA

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparovun 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etmək üçün Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.


Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov AzNews.az-a açıqlama verib.

O bildirib ki, Harri Kasparovun Bakıda keçiriləcək Olimpiadada iştirakı ilə bağlı xəbərlər şaiyədən başqa bir şey deyil:

"Federasiyada belə bir məlumat yoxdur. Kimsə yəqin bu şaiyəni yayıb".

Onun sözlərinə görə, 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadasına hələ 2 var. Buna görə də hansı ölkələrin iştirak edəcəyini öncədən proqnozlaşdırmaq düzgün deyil.

Olimpiadada ermənilərin iştirakı haqda vitse-prezident onu da əlavə edib ki, Olimpiadaya 4-5 ay qalmış federasiyalara dəvətnamə göndərilir. Yalnız bundan sonra kimin iştirak edəcəyi bəlli olacaq.

Qeyd edək ki, Olimpiadada 180-dən çox ölkə şahmatçılarının iştirakı nəzərdə tutulub.
2016-cı ilin sentyabrında Şahmat Olimpiadasının Bakıda keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.

Xatırladaq ki, Harri Kasparov 1963-cü ildə Bakıda doğulub. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidir. Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSRİ-nin tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub.

Harri əvvəllər Vaynşteyn soyadını daşısa da, atasının vəfatından sonra, 1976-cı ildə anası onun soyadını dəyişərək, öz soyadını verib və soyadın sonluğundakı "yan" hissəciyini dəyişərək rus stilində "ov" yazdırıb. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Anatoli Karpovu məğlub edərək dünya çempionu adını qazanıb. Sovet ordusunun Bakıya müdaxiləsi ərəfəsində- 18 yanvar 1990-cı il tarixdə Bakını ailəsi və qohumları ilə birlikdə tərk edərək Moskvaya gedib. Daha sonra bəyanat yayaraq sovet ordusunun da Bakını tərk etməsini tələb edib.

O, son zamanlar siyasətlə məşğul olur. 2005-ci ildə Rusiyada yaradılan "Birləşmiş vətəndaş cəbhəsinin" sədri vəzifəsində çalışır.


Gültəkin ƏLƏSGƏR
AzNews.az