- Köhnə - Hadisə
- 31 Oktyabr 2014 10:20
- 1 175
Bu rayonlarda qaz olmayacaq
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 13:00-dək Bakının Səbail rayonunun bir hissəsinə, saat 15:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 18:00-dək isə Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarına, Masallı, Cəlilabad rayonlarının bir hissəsinə, Yevlax rayonunun Marzılı, Yenicə, Xaldan və Hacıselli kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
AzNews.az