“Paytaxtın gözəllik salonlarında yoxlamalara başlanılacaq”. “Paytaxtın gözəllik salonlarında yoxlamalara başlanılacaq”.

Gözəllik salonlarında yoxlamalar aparılacaq

“Paytaxtın gözəllik salonlarında yoxlamalara başlanılacaq”.


Bu barədə AzNews.az-a Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, artıq gözəllik salonlarında araşdırmalara başlanılıb. Nəticələr yaxın vaxtlarda mətbuata açıqlanacaq.

Komitə rəsmisinin sözlərinə görə, gözəllik salonlarında istehlakçılara, müştərilərə təqdim olunan xidmətin keyfiyyəti və orada istifadə edilən kimyəvi vasitələrin standarta uyğun olub-olmadığı araşdırılır.


Gültəkin ƏLƏSGƏR
AzNews.az