“Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür. “Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür.

Metropoliten sədrindən yeni metro ilə bağlı - Açıqlama

“Bakı şəhərində sərnişindaşımanın təqribən 30 faizi metronun payına düşür.



Bu isə orta hesabla gün ərzində 550 000 sərnişin daşınması deməkdir. Gün ərzində maksimum göstəricimiz 700 000-dən artıqdır. Hal-hazırda metroda sərnişin sıxlığı kifayət qədər yüksəkdir və metroya üstünlük verən sərnişinlərin sayı ilbəil artır. Odur ki, qabaqlayıcı tədbirlər görülməkdədir. Yeni xətlərin və stansiyaların tikintisi bu sektorun inkişafına və gələcək çətinliklərin qarşısının alınmasına zəmin yaradır. Yeni xətlərin və stansiyaların istifadəyə verilməsindən sonra paytaxt nəqliyyatında sərnişindaşıma baxımından metronun yeri daha çox əhəmiyyət kəsb edəcək".

Aznews.az xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov hakim partiyanın saytına müsahibəsində bildirib.
O, bildidib ki, Azərbayan Prezidentinin "Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqıında" 18 mart 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə "Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi" təsdiq edilib.

"Təqdim olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120,1 km metro xəttindən ibarət olacaq. Yəni 53 yeni stansiya və 84,3km metro xətlərinin inşası nəzərdə tutulub".

Z.Hüseynov deyib ki, Konseptual İnkişaf Sxeminə görə mövcud I (Qırmızı) və mövcud II (Yaşıl) xəttlərin sərbəst hərəkətinin təmin edilməsi məqsədi ilə xətlərin ayrılması layihəsi artıq başa çatdırılıb, bununla bağlı konkret işə başlanılıb.

Mövcud II (Yaşıl) xəttin genişləndirilməsi hesabına alınan dairəvi xətt üzrə tikinti-quraşdırma və layihələndirmə işləri davam etdirilir. Belə ki,"Xətai" –"H. Aslanov-2" sahəsinin layihələndirmə,"H.Aslanov -2" və "H.Aslanov-2 - Y-18 " stansiyalar arası mənzil tunellərinin tikinti-quraşdırma işləri yerinə yetirilir.

"Hal-hazırda "Beynəlxalq Avtovağzal terminalı"ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. Belə ki, "Avtovağzal" (B-1); "Memar Əcəmi-2" (B-2) stansiyalarının tikintisi başa çatmış, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir.Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Bundan başqa, bu xətt üzrə B-3 stansiyasında tikinti işləri davam edir,B-4 stansiyasında tikinti işlərinə artıq başlanmışdır. Bu stansiyaların isə müvafiq olaraq 2016 və 2017-ci illərdə istismara verilməsi gözlənilir.

Konseptual İnkişaf Sxeminə görə, Yeni Yasamal qəsəbəsindən Bakıxanov qəsəbəsinə qədər uzanan,11 stansiyadan və 16.3 km metro xəttindən ibarət olan IV yeni (Mavi) xətt üzrə layihələndirilmə işləri yerinə yetirilir. Həmçinin Binəqədi ərazisindən başlayaraq Bibiheybət ərazisinə qədər uzanacaq Sarı xəttin tikintisi də nəzərdə tutulub.

Sərnişinlərin təhlükəsizliyi baxımından,eyni zamanda Tikinti Normaları və Qaydalarına görə dərin özüllü stansiyaların iki çıxışlı olması tələb olunur.Hal-hazırda "Elmlər Akademiyası" stansiyasının II cıxışının tikinti-quraşdırma işləri davam etdirilir və istismara verilməsi 2015-ci ildə nəzərdə tutulur".