“Qanun Nəşriyyatı” oxucularına yeni kitablarını təqdim edib. “Qanun Nəşriyyatı” oxucularına yeni kitablarını təqdim edib.

“Qanun“ oxuculara yeni kitablar təqdim etdi

“Qanun Nəşriyyatı” oxucularına yeni kitablarını təqdim edib.




Aznews.az xəbər verir ki, Teodor Drayzerin "Dahi" əsərində Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edilir. Sənətdə düzgün bir yol tutmuş Yucin Vitla öz həqiqi realist mühitindən uzaqlaşaraq pul, dollar hakimiyyəti ilə barışığa girir, həyatı olduğu kimi göstərməyə çalışan bir rəssamdan Uoll-strit maqnatlarının zövqünü oxşayan bir "dühaya" çevrilir. Yucin Vitlanın faciəsi də buradan başlayır. Drayzer realist bir sənətkar kimi göstərir ki, dollar hakimiyyəti ilə əsl sənətkarlıq heç bir zaman bir araya sığa bilməz. Kapitalizm şəraitində incəsənət satılır və sənətkar eybəcər şəklə düşür. İstedadlı insanlar bu aləmdə öz təbii həyat yolundan ayrılaraq miskin bir varlığa çevrilir. Yucin Vitla simasında ümumiləşdirilən bu hal müəllifin göstərdiyi kimi dollar ölkəsində nadir və təsadüfi hadisə deyil. Bu, kapitalizm cəmiyyətində ümumi və labüd bir haldır. Sənətlə dolların barışdığı yerdə ancaq fəlakət baş verir.


Nəşriyyatın növbəti kitabı Əsli E.Perkerin "Sufle"-dir. Roman təhkiyə tərzinə görə novator əsər hesab olunur. Romanda hadisələr üç ayrı-ayrı ölkədə – Fransada, Amerikada, Türkiyədə cərəyan edir. Əsərin qəhrəmanlarını ümumi bir cəhət birləşdirir – onların hamısı depressiya girdabına yuvarlanıb. Hərəsinin öz həyat hekayəsi var. Oxucuya elə gəlir ki, qəhrəmanlar əvvəl-axır rastlaşacaq, görüşəcək və final onların hamısını əhatə edən ümumi sonluqdan ibarət olacaq. Ancaq belə olmur, qəhrəmanlar görüşmür və onların hamısı düşdükləri durumdan bacardıqları kimi çıxmağa çalışırlar.
Müəllif obrazını yaratdığı insanların simasında insanların bütün çətinliklərə sinə gərməsini, ən ağır depressiv durumdan çıxmaq üçün həyatda çox sadə tutarqaları olmasından bəhs edir.


Amin Maaloufun Leon Afrikal əsəri isə Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyabrın 24-ü). – əndəlusluların xoşbəxt, qayğısız əyyamını təsvir edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr – Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasındadır. "Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış, amma hələ də Qranadanın bakirliyini və məsumluğunu arayan" Leon Afrikalının dolanbacları andıran həyatını anladan bu roman da bu mövzudadır. Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni zamanda böyük imzası olan Amin Maaloufun tarixi romanları, kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var – dünyanın özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri.


Tarixi şəxsiyyət Beriyanın həyatından bəhs edən "Beriya"-da onun şəxsiyyəti müxtəlif cür qiymətləndirilir. Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Lavrenti Beriya olmalı idi, lakin Xruşşovun sui-qəsdi nəticəsində o devrildi və qətl edildi. Kitabda aparıcı Qərb sovetoloqları – ingilis professorları D.Hollovey və D.Reyfild və Amerika professoru Q.Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinin nəticələrinə öz düşündükləri kimi yanaşırlar. Onların tədqiqatları təkçə çoxlu sayda sənədli mənbələrə yox, həm də Lavrenti Beriyanı şəxsən tanıyan insanların xatirələrinə əsaslanır. Başlıca diqqət onun rəhbərliyi altında yaradılmış Başdi– Qulaq imperiyasına yetirilir.

AzNews.az