“Habil Əliyevin səhhəti xeyli düzəlib. Hətta bu günlərdə televiziya proqramlarının birində iştirak etməyə də qərar verib”. “Habil Əliyevin səhhəti xeyli düzəlib. Hətta bu günlərdə televiziya proqramlarının birində iştirak etməyə də qərar verib”.

Habil Əliyevi “Səni axtarıram”dan axtardılar

“Habil Əliyevin səhhəti xeyli düzəlib. Hətta bu günlərdə televiziya proqramlarının birində iştirak etməyə də qərar verib”.


Bunu AzNews.az-a açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. O, bildirib ki, sənətkar xəstələndən bu günə kimi bir çox mühüm tədbirlərə dəvət alıb, amma səhhəti həmin tədbirdə iştirak etməyə imkan verməyib. Lakin kamança ustası son günlər özünü yaxşı hiss etdiyindən Xoşqədəm Hidayətqızının təklifini qəbul edib: "Dünən ATV kanalından Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən dəvət gəldi. Dedilər Habil müəllimi burda görmək istəyirik. Habil müəllim də razılıq verdi".

Ş.Əliyeva onu da əlavə edib ki, hazırda H.Əliyein müalicəsi ev şəraitində davam edir və sənət yoldaşları, dostları bir an olsun onu tək buraxmır.

Qeyd edək ki, Xalq artisti Habil Əliyevin bir müddət bundan öncə vəziyyəti ağırlaşaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az