Burkina Fasoda dövlət çevrilişi baş tutub. Burkina Fasoda dövlət çevrilişi baş tutub.

Burkina Fasoda dövlət çevrilişi oldu - VİDEO

Burkina Fasoda dövlət çevrilişi baş tutub.



AzNews.az xəbər verir ki, ordu qüvvələri prezident Blaise Kompaoreni vəzifəsindən uzaqlaşdırılmasına cəhd göstərib.

1987-ci ildə güc yolu ilə hakimiyyəti ələ keçirən və 27 ildir ki, prezident kürsüsündə oturan Blaise Kompaore ötən həftə bəyan edib ki, 2015-ci ildə keçiriləcək seçkilərdə də təkrar namizədliyini verəcək.

Bundan sonra minlərlə müxalifətçi Ougadougouda küçələrə tökülərək parlament binasını atəşə tutub. Burkina Faso silahlı qüvvələrinin Baş qərargah rəisi Honore Traore bu gün çıxış edib ki, hökumət buraxılmalı, onun yerində müvəqqəti hökumət qurulmalıdır.
Dövlət başçısı Blaise Kompaore isə etdiyi açıqlamada "Keçid dövründə hər cür müzakirəyə hazıram. Bu müddətin sonunda vəzifədən gedəcəyəm" sözlərini deyib.







AzNews.az