Millət vəkili Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsində olub. Millət vəkili Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsində olub.

Deputat Şahbaz Quliyevin ailəsinə baş çəkdi

Millət vəkili Aydın Mirzəzadə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsində olub.


AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində yazıb. Deputat azərbaycanlı girovun ailəsi ilə görüşdən bu təəssüratı paylaşıb.

"Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmətkeş ailə olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyir. Torpağa çox bağlı bir insan olduğunu hamı bilir. Qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb. Ailə ilə yaxın qohumları maraqlanır. Şahbazın anası və qızı bu günlərə qədər onun taleyindən xəbərdar deyil".

Aydın Mirzəzadə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu ailə ilə daima maraqlandığını qeyd edib.
"Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlamlığından ciddi narahat olduqları söylədilər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntülərindən onun çəkisinin aşağı düşməsi onlara normal baxılmadığından xəbər verir", - deyə millət vəkili vurğulayıb.

Aydın Mirzəzadə Şahbaz Quliyevin ailəsinə onun tezliklə vətənə qayıdacağına inandığını və gələn dəfə artıq onunla görüşə gələcəyini deyib.



Aznews.az