Moskva vilayətində evlərin birində aşkar edilən 174 kq narkotik vasitə ilə bağlı adı hallanan İlqar İmanov açıqlama verib. Moskva vilayətində evlərin birində aşkar edilən 174 kq narkotik vasitə ilə bağlı adı hallanan İlqar İmanov açıqlama verib.

Evindən 500 milyonluq narkotik çıxan “KVN”-çi danışdı

Moskva vilayətində evlərin birində aşkar edilən 174 kq narkotik vasitə ilə bağlı adı hallanan İlqar İmanov açıqlama verib.

AzNews.az xəbər verir ki, hazırda Türkiyədə olan İlqar İmanov istintaqa ifadə vermək üçün yaxın vaxtlarda Moskvaya gələcəyini deyib.

İ.İmanov heç vaxt "Bakılı oğlanlar" klubunun üzvü olmadığını da vurğulayıb.

Qeyd edək ki, Moskvada keçirilən əməliyyat zamanı 6 nəfər və cinayətkar qrupun rəhbəri həbs olunub. Narkotik vasitə olan heroin 700 bağlamadan ibarət olub.

Narkotiklərə Qarşı Mübarizə idarəsinin rəhbəri Viktor İvanovun sözlərinə görə, müsadirə olunan narkotik vasitənin qiyməti yarım milyard dolllardır. Cinayətkarlar narkotik vasitəni Əfqanıstandan banan qutularında meyvələrlə birgə gətiriblər.

Narkotik vasitələrin "Bakılı oğlanlar" klubunun keçmiş üzvü kimi təqdim edilən İlqar Nazim oğlu İmanovun evində aşkarlandığı bildirilib.



Xəyal Əzizov
AzNews.az