İki gün öncə Yol Polisi əməkdaşları Binəqədi rayonu ərazisində xidmət apararkən “Mitsubishi Pajero” markalı 90 SS 740 dövlət nömrə nişanlı avtomobildən narkotik maddə aşkarlayıblar. İki gün öncə Yol Polisi əməkdaşları Binəqədi rayonu ərazisində xidmət apararkən “Mitsubishi Pajero” markalı 90 SS 740 dövlət nömrə nişanlı avtomobildən narkotik maddə aşkarlayıblar.

Sərxoşluğa görə saxladılar, marixuana tapdılar – Əməliyyat

İki gün öncə Yol Polisi əməkdaşları Binəqədi rayonu ərazisində xidmət apararkən “Mitsubishi Pajero” markalı 90 SS 740 dövlət nömrə nişanlı avtomobildən narkotik maddə aşkarlayıblar.

AzNews.az-a daxil olan məlumata görə, avtomobili sürücünün sərxoş olması ehtimalı ilə saxlayıblar.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də təsdiqləyib. O, AzNews.az-a bildirib ki, oktyabr ayının 29-dan 30-na keçən gecə həmin avtomobilin sürücüsünün nəqliyyatı düzgün idarə etməməsi, yol hərəkəti qaydalarını kobud pozması Yol Polisi əməkdaşlarının diqqətini çəkib:
"Həmin avtomobil dərhal BPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, avtomobil idarə etmək üçün sürücünün üstündə heç bir sənədi yoxdur. Eyni zamanda hərəkətlərində sərxoşluq əlamətləri hiss olunduğundan ekspertizaya göndərilib və onun narkotik istifadəçi olduğu məlum olub. Saxlanılan şəxsin Bakı şəhər sakini Ülfət Əhmədov olduğu, lakin idarə etdiyi avtomobilin onun dostuna məxsus olması müəyyənləşib. Sonra avtomobilin sahibinin iştirakı ilə maşına baxış keçirilib və avtomobilin qoltuqaltı hissəsindən narkotik maddə olan marixuana aşkarlanıb. Ülfət Əhmədov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə təhvil verilib".

DİN sözçüsü onu da bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda faktla bağlı istintaq aparılır. Ülfət Əhmədov barədə məhkəmə tərəfindən həbs-qəti imkan tədbiri seçilib.

Gültəkin ƏLƏSGƏR
AzNews.az