Burkina-Faso prezidenti Blaise Kompaore postunu tərk edib. Burkina-Faso prezidenti Blaise Kompaore postunu tərk edib.

Prezident istefa verdi

Burkina-Faso prezidenti Blaise Kompaore postunu tərk edib.





"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ölkə ordusunun rəsmisi, polkovnik Baş Qərargahın qarşısına toplaşan 10 minlərə nümayişçiyə Kompaorenin artıq hakimiyyətdə olmadığını bəyan edib.

Qeyd edək ki, artıq 27 ildir ki hakimiyyətdə olan prezindentin konstitusiyada dəyişiklik etmək istəməsi paytaxt Uaqaduquda nümayişlərə səbəb olmuş, polislə mitinq iştirakçıları arasında toqquşma yaşanmışdı.

Hökuməti buraxan prezident ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Bəzi KİV isə baş verənləri hərbi çevriliş olaraq qiymətləndirirlər və prezident Kompaorenin Qanaya qaçmaq istədiyini qeyd ediblər.