Bu gün 4 ANS-çinin işdən ayrılması ilə bağlı məlumat yayılıb. Bu gün 4 ANS-çinin işdən ayrılması ilə bağlı məlumat yayılıb.

Qovulduğu deyilən ANS-çi danışdı- FOTO

Bu gün 4 ANS-çinin işdən ayrılması ilə bağlı məlumat yayılıb.



"Qafqazinfo" xəbər verir ki, "Moto-Moto" verlişinin layihə rəhbəri və aparıcısı Hikmət Həsənov, "ŞouBiz"in aparıcısı İsa Şükürov, "Növbətçi" verlişinin aparıcısı Sərxan Kamal və "Cinayət İşi"nin aparıcısı Rəşad Abbasov ANS-lə yollarını ayırıblar.

"ŞouBiz"in aparıcısı İsa Şükürov işdən qovulması ilə bağlı yayılan şaiyələrə sosial şəbəkədə aydınlıq gətirib:

"Bu gün bəzi saytlar mənim işdən qovulmağım haqda məlumat yayıb. Sonra isə Mayıs müəllim məlumat verib ki, onun bu məsələdən xəbəri yoxdur. Hörmətli Mayis müəllim, xəbəriniz yoxdursa Mirşahin Ağayev sizdən elədə uzaqda oturmur. Gərək ondan maraqlanardız. Eybi yox, növbə mənə çatdı. Bu da mənim işdən ayrılma ərizəm. Tarixi də görsənir. Lazım gəlsə növbəti məktubları da açıq şəkildə paylaşa bilərəm. 8 oktyabr tarixində ərizəni yazmışam. Hələ ki, bu qədər... Əlavə edim ki, Umka da ANS-dən öz ərizəsi ilə ayrılmışdı. Sonra guya ANS qovmuş kimi xəbəri yaydılar. Taktikanı dəyişin heç olmazsa..."

Qeyd edək ki, məsələ ilə bağlı ANS-in ictimayyətlə əlaqələr departamentinin rəhbəri Mais Məmmədov ölkə.az-a açıqlamasında bu barədə heç bir məlumatı olmadığını bildirib:

"ANS-ə gündə 5-10 nəfər işə girir, 5-10 nəfərdə işdən çıxır hamısı yadımda qalmır."