Çində məmurun evindən rekord miqdarda pul çıxıb. Çində məmurun evindən rekord miqdarda pul çıxıb.

Məmurun evindəki pulları sayan maşınlar xarab oldu- 33 milyon

Çində məmurun evindən rekord miqdarda pul çıxıb.




AzNews.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu pulları dollara çevirəndə 33 milyon dollar edir.

Rüşvət əleyhinə istintaq aparan prokuror Xu Jinhui oktyabrın 31-də deyib ki, bu nağd pul məmur Vey Penyuanın evindən tapılıb. Sözügedən məmur Milli Enerji Administrasiyasının yüksək vəzifəli şəxsidir. O, rüşvət almaqda ittiham olunur.

Prokuror deyib ki, onun evindən çıxan pullar o qədər çox olub ki, pulları sayarkən 4 pul sayan maşın sıradan çıxıb.

Qeyd edək ki, Çin lideri Xi Jinping 2012-ci ildə hakimiyyətə gələndən korrupsiya ilə mübarizə elan edib.