“Allaha and olsun, mən deməmişəm ki, 2015-ci ildə ərə gedirəm”. “Allaha and olsun, mən deməmişəm ki, 2015-ci ildə ərə gedirəm”.

“Allaha and olsun, ərə gedəcəyimi deməmişəm” - Xanlarova

“Allaha and olsun, mən deməmişəm ki, 2015-ci ildə ərə gedirəm”.

Bunu AzNews.az -a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova deyib.

Onun sözlərinə görə, 2015-ci ilə ailə quracağı ilə bağlı mətbuatda gedən fikirlər tam əsassızdır: "Mənə sual verilib ki, bundan sonra ailə qura bilərsiniz? Demişəm ki, bəlkə də ərə gedə bilərəm. Yəni məni başa düşən insan olsa, gərçəkdən bilsəm ki, məni sevir, o zaman qərar verə bilərəm. Yaş məsələsi barədə ümumiyyətlə söhbət olmayıb. Allaha and olsun, mən deməmişəm ki, 2015-ci ildə ərə gedirəm. Demişəm ki, məni əslində, sevənlər yaşca balacadırlar. Daha deməmişəm ki, məni yaşca balaca şəxs istəyir... Mən də qadınam. Dedim ki, belə şey olsa, rəsmən toy etmərəm, amma çıxıb efirdə təqdim edərəm ki, artıq mənim sevdiyim insan var, ailə qururam. Mən birbaşa adamam. Demədiyim sözü yazmaq olmaz".

Qeyd edək ki, M.Xanlarovanın ərə getmək istəməsi xəbərini lent.az saytı yayıb. Əməkdar ərtist saytın əməkdaşına deyib ki, ona evlilik təklifi olunub və həmin şəxs yaşca ondan balacadır.

Aktrisa toyu 2015-ci ilə planlaşdırdığını da əlavə edib.

Bahar RÜSTƏMLİ
AzNews.az