İdris Heydərli İdris Heydərli

Girov ağıl

İdris Heydərli



Bəşər tarixində var olan paradiqmalar İsadan sonra fərqli bir biçim aldı.
İnsan mərkəzə qoyuldu, miflər belə insan düşüncəsi ilə dizayn edildi.
Bizim indi yaşadığımız dəyərlər Qərbin istehsal etdiyi və dizayn verdiyi paradiqmadır.
Bu paradiqmanın dəyərləri ilə paradiqma yaratmaq və düşünmək sadəcə bir dəlilikdir.
İnsanliq tarixində İsadan öncə var olan, düşüncənin çata biləcəyi ən uzaq paradiqmanı Misir düşüncəsi yaratmışdı. Yunan onun davamı idi.
İsgəndərdən sonra bir boşluq yarandı. Yeni bir paradiqma yaranmalı idi. Can verən Misir paradiqmasını əvəzləyəcək Harran düşüncəsi Parfiya ilə yeniplatonçular və hermetik fikir yükünə sahiblənmək arzusunda idi. Olmadı.
İsa hadisəsi yaranacaq yeni paradiqmaya əlavə fikir yükü qatdı. İsanı mərkəzə qoyacaq yeni paradima Harranda inşa edilsə də Roma-yunan bu paradiqmanın ən mahir ovçusuna döndü. Bizans bu paradiqmanın dəyər mərkəzinə döndü.
İslam peyğəmbəri ilə insanlıq var olan paradiqmanın çökməsinə işarə aldı.
Bəşər tarixinə yeni paradiqmanı bəxş edəcək güc Səlcuq oğulları oldu. Onlara qədər var olan proseslər inşa ediləcək paradiqmaının kimin və hansı dəyərlərin var olacağı uğrunda gedən savaşlar idi.
Onlar bəşər tarixinə yeni paradiqmaının qurucuları olaraq girdilər. Və…
Gözlənilməz bu gücün ortaya çıxışı və yeni paradiqma qurucusu kimi var oluşu zaman və məkan dəyərlərini fərqli bir müstəviyə çıxardı.
Yeni dünyanı yaranmasına qədər var olan bu paradiqma öz Dəyərini savaşlarla saxladı. Yeni dünya dizaynı ilə isə dəyər ixrac edən mərkəzlər işğal edildikcə Qərb paradiqmasının əsiri oldu.
Biz bu gün Qərb paradiqmasının əsiriyik. Onların ixrac etdiyi düşüncə qəliblərini istifadə edənlərik.
İslam onların dizayn etdikləri qəliblər içində bir təlimdir artıq.
Bu paradiqmanın ana gücü ağıldır. Ağılın hərfi mənası BAĞ deməkdir. Onlar bu bağın dizayn olunması üçün illər uzunu əmək sərf etmişlər. Ağlın çata bilməyəcəyi yerlərə qədər belə getdilər. Nə etməli sualı ilə zaman və məkan üzərində hökm etmək İnsanı mərkəzə qoyub insanın yaradan olduğunu qəbul etməkdən qaynaqlanır. Bu insan isə seçilmiş insandır. Seçilmiş insanlar toplumunun inşası hər bir cəmiyyətdə bu seçilmişləri bir araya yığa bilmək gücünə bağlanır. Bu güc isə yalnız paradır.
Bizim ağıl müstəvisində savaşımız "girov ağılın" savaşıdır.