“Yazıblar ki, guya səhhətimdə ciddi problemlər yaranıb... Yalandır"”. “Yazıblar ki, guya səhhətimdə ciddi problemlər yaranıb... Yalandır"”.

“Bütün qışı dörd divar arasında keçirəcəm” - Rasim Balayev

“Yazıblar ki, guya səhhətimdə ciddi problemlər yaranıb... Yalandır"”.


Bunu AzNews.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, səhhəti ilə bağlı heç bir problem yoxdur: "Havaların qeyri-normal keçməsi ilə bağlı soyuqlamışam. Daha doğrusu, qrip olmuşam. Buna görə də bir müddətdir ki, evdəyəm. Hələ 10 gün də evdən bayıra çıxa bilməyəcəyəm. Sənətkar haqda gərək düz məlumat yazsınlar. Sağlam insan haqqında yazılanları oxuyub şoka düşə bilər".

Yaradıcılığı ilə bağlı məlumat verən R.Balayev vurğulayıb ki, heç bir yenilik yoxdur: "Heç bir yerdən dəvət almamışam. Havalar da soyuyur, bütün qışı dörd divar arasında keçirəcəyik".

Bahar RÜSTƏMLİ
AzNews.az