Bıdı deyəndə, yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm yaranır və bu səhnələr qeyri-ixtiyari gözlərimiz önündə canlanır: “Ayaqlarım yanır e...”, “Qələmim pis yazır”, “Mətanət bacı, Mətanət bacı”... Bıdı deyəndə, yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm yaranır və bu səhnələr qeyri-ixtiyari gözlərimiz önündə canlanır: “Ayaqlarım yanır e...”, “Qələmim pis yazır”, “Mətanət bacı, Mətanət bacı”...

Kinomuzun “tənbəl və cəsur uşağı” - Onlar indi hardadır? (VİDEO)

Bıdı deyəndə, yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm yaranır və bu səhnələr qeyri-ixtiyari gözlərimiz önündə canlanır: “Ayaqlarım yanır e...”, “Qələmim pis yazır”, “Mətanət bacı, Mətanət bacı”...

Təbii söhbət "Bir qalanın sirri" filmindəki "tənbəl uşaq" kimi yaddaşlarda qalan "Bıdı" obrazı-Fərhad İsmayılovdan gedir.

AzNews.az "Kinomuzun itən uşaqları" adlı layihəsini təqdim edir.

Layihəmizin ilk qəhrəmanı ilə bağlı uzun axtarışa ehtiyac olmadı. İnternetdə qısa var-gəldən sonra onun barəsində ən son məlumatın 2010-cu ildə dərc olunduğunu aşkarladım. Yaratdığı tənbəl xarakteri ilə tamaşaçıların yaddaşında möhürünü vurmuş "Bıdı" 1946-cı ildə anadan olub.




O, ixtisasca şərqşünas olsa da, özünəməxsus aktyorluq istedadına malik idi. Onun "Kazbek qutusu""Mozalan" süjetindəki Məmişovun oğlunu,"Birqalanın sirrində Bıdısını ortaq nöqtədə birləşdirən "Ver yeyim, ört yatım, gözlə canım çıxması" prinsipi idi."Kazbek qutusu"nda tipik müdir oğlunu yaradan Fərhad zəmanəmizin "ana uşaqları"na bənzəyir. Nədənsə, hər zaman bu obraz "Bəsdir, ağlama" filmindəki, erməni və bir də "Şərikli çörək" filmindəki mürəbbə yaxılmış çörəyi ləzzətlə yeyən uşağı xatırladır. Filmdə əsir düşmüş azərbaycanlılara acıq verirmiş kimi çörəyi ağzına ötürən kök oğlanla ("Bəsdir ağlama"), "Kazbek qutusu"ndakı arsız, dünyadan bixəbər, qarınqulu Məmişovun oğlu arasında xarakter bənzərliyi var. "Bir qalanın sirri" ekran əsərində "Daha bu gündən mən ə sizdən qorxmuram" - deyib, Göygöz Kosanın çubuğunu görər-görməz geri çəkilən, gülüş doğuran "Bıdı" tamaşaçıda ona qarşı ikrah, nifrət yox, əksinə qəribə bir rəğbət hissi yaradır. Ona əks xarakter olan "Hadı" obrazıyla müqayisədə "Bıdı" tənbəl olduğu qədər də dinamikdir. Bu rol film boyunca dəyişən xətt üzrə inkişaf edir. Belə ki, əlini ağdan qaraya vurmayan, beyninin yox, qarnının qulu olan, qorxaq "Bıdı" filmin finalında 180 dərəcə dəyişərək (bu yalnız nağıllarda ola bilərdi), məhz tamaşaçının film boyu gözlədiyi cəsur, ibrət götürüləcək qəhrəmana çevrilir.

Beləcə, yaddaşımızın bir köşəsinə sığınan "sevimli tənbəlimiz"lə 2010-cu ilin martında uzun sürən xəstəlikdən sonra 64 yaşında vidalaşdıq.




"Bir qalanın sirri"ndəki hamımızın oxşamaq istədiyi qoçaq uşaq "Hadı" obrazını canlandıran Telman Əliyevin də axtarışına çıxdıq.



Lap nağıllarda olduğu kimi uzun axtarışdan, dərə-təpə düzdən keçsək də onu tanıyan olmadı.
Kinomuzun canlı ensiklopediyası kinoşünas Aydın Kazımzadə belə, uşaq filmimizin bu qəhrəmanının harada olduğundan xəbərsiz olduğunu bildirdi. Hər yerdən əlimiz üzüldüyündən Mədəniyyət və Turizm Nazirliyinə üz tutduq. Burada da kinomuzun "itkin" düşmüş qəhrəmanını tanıyan olmadı. Beləcə, təslim olduq. Təəssüf ki, Telman Əliyevin indi harada olmasını öyrənə bilmədik.



Gültəkin ƏLƏSGƏR
AzNews.az