Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib. Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib.

Batumidə Azərbaycanla bağlı - Qalmaqal

Azərbaycanın nümayəndə heyəti forumun işini boykot edib.


Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb. Bu barədə musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib.

Baş redaktorun sözlərinə görə, Çexiyanın ermənipərəst People in Need təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Plakatlardan birində Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir. İştirakçılardan biri - Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər.
Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov müsavat.com-a bildirib ki, forumun proqramında bu yoxdur və məsələ qərəz məsəsləsidir: "Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilatı Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığmlr. Ona görə də forumu boykot edirik".

R. Arifoğlu musavat.com -a deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə heyətindən forumda cəmi 5 nəfər iştirak edir: "Mən onların da mövqelərini öyrəndim. Dedilər ki, bu adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gətək yoxdur. Foruma qatılmayanların bəziləri isə Prezident Administrasiyasından idarə olunurlar, iqtidar yönlüdürlər. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların əksəriyyəti müstəqil və müxalif yönümlüdürlər. Sadəcə onlar, ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər". Azərbaycan nümayəndə heyəti bir neçə televiziyaya müsahibə veriblər.

Qeyd edək ki, forumun azərbaycanlı həmsədri iqtisadçı alim Vüqar Bayramovdur. Bu gün həm də onun sədrliyinin səlahiyyət müddəti bitir.
image description image description image description image description image description