Çarşab geyib sərhədi keçdi, qızını İŞİD-in əlindən qurtardı. Çarşab geyib sərhədi keçdi, qızını İŞİD-in əlindən qurtardı.

Ana qızını İŞİD-dən necə qurtardı? - FOTOLAR + VIDEO

Çarşab geyib sərhədi keçdi, qızını İŞİD-in əlindən qurtardı.


Hollandiyalı Sterlina İŞİD-in üzvü Yılmaza könlünü verəndən sonra Suriyaya gedib.

AzNews.az xəbər verir ki, o, bu ay içində anasına "Məni qurtar" xəbərini göndərib.



Anası Hollandiya polisindən kömək istəyib, ancaq ona bunun təhlükəli olduğu deyilib.

Ana isə heç kəsin sözünə məhəl qoymayaraq gedib qızını xilas edib.

Türkiyədən Hollandiyaya köç edən adanalı bir ailənin uşağı olan 26 yaşlı Yılmaz Hollandiya ordusunda 2 ilə yaxın çalışdıqdan sonra "cihada" qatılmaq üçün Suriyaya gedib.



3 dil bilən türk döyüşçüsünün internetə girib döyüşlə əlaqədar yazdıqları, Note 3 telefonuyla çəkdiyi fotoşəkillər bütün dünya mediasının diqqətini çəkib.

Onun paylaşdıqları Hollandiya mətbuatının, İngiltərənin "The Times", Fransanın "Le Monde" və Amerikanın "New York Times" qəzetlərinin manşetinə çevrilib.

Onunla müsahibə almaq üçün Suriyaya gələn Hollandiya televiziyasına verdiyi müsahibə ölkəsində maraqla qarşılanıb.

Yılmaz Suriyadakı "Omar Yilmaz" adıyla Hollandiyada daha məşhur olub.

Sterlina adlı bir hollandiyalı gənc qız Yılmazla internetlə təmasa keçib. Müsəlman olub Suriyaya gedərək Yılmazla evlənmək istədiyini söyləyib. Uzun zamandır Ask.fm-dəki səhifəsində "İnanclı bir qadınla evlənmək istədiyini" söyləyən Yılmaz təklifi qəbul edib.

Müsəlman olub adını Aişə qoyan 19 yaşlı hollandiyalı qız fevral ayında Türkiyədən Suriyaya keçib və Yılmazla evlənib. Cütlük İŞİD-in paytaxtı olan Rakka şəhərinə yerləşib.

49 yaşlı ana Monique qızının arxasınca oktyabr ayında Türkiyəyə gəlib. Ordan Suriyaya keçərək qızını axtarıb, ancaq istəyinə nail olmayıb. Ümidsiz bir şəkildə Hollandiyaya geri dönüb. Bir zamanlar yoldaşlarıyla çölə çıxmağı və piano çalmağı sevən sarışın, mavi gözlü qızından heç xəbər ala bilməyib. Ancaq bir aydan sonra hollandiyalı qız anası ilə bir dəfə təmasa keçib və yardım istəyib: "Ana, bura cəhənnəm kimidir, məni qurtar" deyib.

Ana Monique bu çağırışa biganə qalmayıb. Dərhal yaşadığı Maastricht şəhərinin təhlükəsizlik xidmətinə müraciət edib. Polis ona "Qızınızı qurtarmaq üçün heç bir şey edə bilmərik. Ora çox təhlükəlidir. Ayrıca öz istəyiylə gedib və Suriyadakı terror təşkilatına kömək etmək Hollandiya qanunlarına görə cinayətdir" cavabını verib.
Ana isə qızı üçün təkrar Suriyaya yola düşüb.



Hollandiyalı ana bir çarşab alıb və Türkiyəyə gedən təyyarəyə minib. Türkiyədə sərhədə gələndə buradakı qaçqınlara qoşularaq Suriyaya daxil olub. Facebook-la qızıyla əlaqəyə girib və qızının qaçışını da bu sosial şəbəkəylə planlaşdırıb.

Sərhəddə soyadını gizlədən qız Türkiyəyə çatmağı bacarıb və Türkiyədə gözləyən anası ilə görüşüb, gözyaşları içində ona sarılıb. Ancaq Hollandiyaya dönmələri üçün bir maneə yaranıb. Belə ki, Aişənin pasportu Yılmazda qalıb. Türkiyəyə qeyri-qanuni yollarla daxil olduğu üçün sorğuya tutulub. Hollandiyanın Xarici İşlər Nazirliyi bu işə qatıldıqdan sonra ana və qızı dünən sərbəst buraxılıb və Hollandiyaya gedib.



Qeyd edək ki, gerçək adı Saleh Yılmaz olduğu sanılan, ancaq Yılmaz adını istifadə edən türk cihadçı Hatayda 460 günlük əsgərlikdə olub, daha sonra isə Hollandiya ordusuna qatılıb, ancaq intizamsız davranışlarına görə ordudan çıxarılıb.




AzNews.az