Nəqliyyatdakı problemlərlə bağlı şikayətləri araşdırır. Artıq nazirlik 9 ayın statistikasını da açıqlayıb. Nəqliyyatdakı problemlərlə bağlı şikayətləri araşdırır. Artıq nazirlik 9 ayın statistikasını da açıqlayıb.

Nəqliyyatla bağlı 30251 şikayət – Araşdırma başladı

Nəqliyyatdakı problemlərlə bağlı şikayətləri araşdırır. Artıq nazirlik 9 ayın statistikasını da açıqlayıb.


Bu barədə məlumatı AzNews.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O, bildirib ki, bu həftənin iş günləri ərzində Mərkəzin qaynar xəttinə təxminən 15 şikayət daxil olur. Ş.Mehmanqızı deyir ki, son 9 ayda isə Mərkəzə 30251 zəng daxil olub. Onlardan 30%-i şikayət, 69%-i isə məlumat xarakterli, 1% zəng isə təklif xarakteri daşıyıb:
"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə edilən şikayət və təkliflər əsasən avtobus dayanacaqlarındakı monitorlarda avtobusun gəlmə vaxtının fərqli göstərilməsi, sürücülərin dayanacaqdan kənarda saxlaması, sürücünün yüksək səslə musiqiyə qulaq asması, ödənişi kartla etmək istəyən sərnişinə qarşı sürücünün kobud rəftarı ilə bağlı şikayətlər , sərnişin avtobusları arasında intervalın azaldılması, mənzil başına çatmaq üçün bir marşrutdan istifadə üşün şəraitin yaradılması və s təkliflər olur. Qeyd edim ki, 141 qaynar xətti artıq 24 saat fəaliyyət göstərir və fasiləsiz olaraq ictimaiyyətin xidmətindədir."

NİİM-in sözçüsü şikayətlərin Nəqliyyat Nazirliyinin səlahiyyətində olan müvafiq strukturlara göndərildiyini və həmin şikayətlərin araşdırıldığını söyləyib.

Ş. Mehmanqızı onu da bildirib ki, şikayətlər əsasında lazımı tədbirlər görülür.


Gültəkin ƏLƏSGƏR