İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçirərkən Ağcabədi Polis Şöbəsində təqsirləndirən bir nəfərlə görüşüb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçirərkən Ağcabədi Polis Şöbəsində təqsirləndirən bir nəfərlə görüşüb.

“Ağcabədili manyak”la bağlı - Rəsmi açıqlama

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bir neçə rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçirərkən Ağcabədi Polis Şöbəsində təqsirləndirən bir nəfərlə görüşüb.



Aydın olub ki, 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlu Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətlər etmə) maddəsinə əsasən təqsirləndirilir. O, 4 nəfəri zorlamaqda günahlandırılır. Onlar arasında azyaşlı oğlan uşağının da olduğu deyilir.

Dünən ölkə mediasında yayılan bu xəbər ciddi rezonansa səbəb olub.
Bu gün Baş Prokurorluq həmin "ağcabədili manyak"la bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun 54 nəfəri zorlamasına dair yayılan xəbərləri təkzib edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov AzNews.az-a bildirib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

"Bu məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkən şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

AzNews.az