Hindistanın ucqar kəndlərindən birində doğulan səkkiz ayaqlı uşaq ölkədə ciddi təşviş yaradıb. Hindistanın ucqar kəndlərindən birində doğulan səkkiz ayaqlı uşaq ölkədə ciddi təşviş yaradıb.

Səkkiz ayaqlı Hindistanı qarışdırdı – Onu Allah hesab edənlər...(Foto)

Hindistanın ucqar kəndlərindən birində doğulan səkkiz ayaqlı uşaq ölkədə ciddi təşviş yaradıb.



AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, buna səbəb Hindistan vətəndaşlarının bu uşağı özlərinin Allahı - Brahma hesab etmələridir.

Buna görədir ki, minlərlə coşmuş dindarlar 4 ayağı və 4 qolu olan körpəni görmək üçün onun doğulduğu Cənubi Benqaliyanın ucqar kəndinə axışırlar.
Bütün əlamətləri ilə siam ekizlərinin bir forması olan bu uşaq dünyaya gələn kimi dindar kəsim hesab ediblər ki, o məhz onların təsvirlərdə verilən səkkiz ətraflı allahları Brahmadır.

Bir çoxları isə belə qəbul edir ki, onların allahlarının təzahür etməsi məhz dünyanın sonunun gəldiyinə bir işarədir.
Həkimlərin uşağın anadangəlmə qüsurla doğulduğunu bildirmələrinə baxmayaraq, körpənin valideynləri də uşağın müqəddəs varlıq olduğuna inanır.

Hazırda ekstaz vəziyyətində olan inanclılar körpənin olduğu xəstəxananı əhatəyə alıblar.

Polislər qızışmış dəstənin xəstəxananın içərisinə soxulmasının qarşısını almaqdan ötrü hökumətdən əlavə qüvvə tələb ediblər.

Əli
AzNews.az

image description image description