“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən qalmaqala münasibət bildirib. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən qalmaqala münasibət bildirib.

“Ermənilər daha 4 nəfərdən AB-yə şikayət edib” – Rauf Arifoğlu

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verən qalmaqala münasibət bildirib.



AzNews.az-a açıqlamasında baş redaktor bildirib ki, hazırda ermənilərin şikayəti əsasında Azərbaycan nümayəndə heyətinin bir hissəsinin Forumdan çıxarılması məsələsi müzakirə olunur:

"Hazırda Batumi şəhərindəyəm. Hadisələri kənardan izləyirəm. Forumun iştirakçısı Vüqar Bayramovla tez-tez telefonla və Facebook-la danışıram. Boykot etdiyimə görə mən Forumun iclasına getməmişəm. Bildiyimə görə, bu gün ermənilərin şikayəti ilə nümayəndə heyətimizin 4 üzvünün çıxarılması məsələsinə baxılacaq".

R.Arifoğlu deyib ki, Azərbaycan nümayəndə heyəti erməni həyasızlığının qarşısını almağa çalışır:
"Azərbaycan nümayəndə heyətinin də geri çəkilmək fikri yoxdur. Və hesab edirik ki, heç bir yanlışlığa yol verilməyib. Müzakirələr gedir, hələ heç bir nəticə yoxdur.


Qeyd edək ki, Vətəndaş Cəmiyyəti Forumuna müşahidəçi qismində qatılan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu forumun işində iştirakdan və tədbiri işıqlandırmaqdan imtina edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib.

Ermənilər də bu olayla bağlı Rauf Arifoğludan Avropa Birliyinə şikayət ediblər.
Xatırladaq ki, Batumidə keçirilən tədbir çərçivəsində Çexiyanın "People in Need" təşkilatı foyedə stend açıb və Azərbaycana dair tənqidi plakatlar asıb.
Azərbaycandan gedən nümayəndə heyətinin üzvlərinin də etirazı məhz bununla bağlı olub.