Məlumat verdiyimiz kimi, Xalq artisti Briliant Dadaşovanın şikayəti əsasında 15 yaşlı gənc dünən həbs olunub. Məlumat verdiyimiz kimi, Xalq artisti Briliant Dadaşovanın şikayəti əsasında 15 yaşlı gənc dünən həbs olunub.

“O oğlan mənə çox əxlaqsız şəkillər göndərmişdi” – Müsahibə

Məlumat verdiyimiz kimi, Xalq artisti Briliant Dadaşovanın şikayəti əsasında 15 yaşlı gənc dünən həbs olunub.



Bu məsələ ilə bağlı xalq artisti AzNews.az-ın suallarını cavablandırıb:

-Brilinat xanım, belə məlumat yayılıb ki, Sizin şikayətiniz əsasında Sumqayıt Şəhər Məhkəməsi bir gəncə 15 sutka həbs cəzası verilib. Bununla bağlı nə deyə bilərsiniz?

-Bu işlə vəkilim və köməkçim məşğul olub. Bu saat onlarla danışdım. Mənim WhatsApp-ma köməkçim nəzarət edir. Hər gün yazılan məlumatları oxuyub, yoxlayır. O mənə dedi ki, kimsə mənə əxlaqsız şəkillər yollayıb. Ona görə də həmin şəkili göndərən şəxsə 15 sutka cəza verilib.

-O şəkillər kimə aid idi?

-Mən bilmirəm. Mən heç həmin şəkillərə baxmadım da. Dediyim kimi, köməkçim bildirdi ki, belə şəkillər gəlib, dedim gedin şikayət verin. O, şəxs azyaşlıdır. Şəkilləri o göndərib. Çox açıq-saçıq, əxlaqsız şəkillər olub. Köməkçim bunu vəkilimə deyib. Vəkilim də şikayət ərizəsi yazıb. Dövlət və qanun var. Bir insanın kimsə şərəf və ləyaqətini pozursa, onun üçün də cavab verməlidir. Şikayət əsasında ona 15 sutka cəza verilib. Heç kəs qanundan kənar qaça bilməz.

-Həmin azyaşlının adını deyə bilərsiniz?

- İstəmirəm onun adını açıqlayım. Bu barədə ona görə danışıram ki, belə nalayiq işlərlə məşğul olanlar bilməlidir ki, dövlətin qanunu var. Kimsə hər hansı bir vətəndaşı təhqir eləməyə, əxlaqsız şəkillərlə onu narahat etməyə heç kəsin istiyarı çatmır. Bilsinlər ki, başqasının rahatlığını heç kəs poza bilməz. Qanuni dövlətdə yaşadığımız üçün hamı öz həddini bilməlidir. İnsanlar başa düşməlidirlər ki, başqasını təhqir edə bilməzlər. Əgər vəkilim sizə o azyaşlının ad və soyadını desə də mən onun adının mətbuatda hallanmasını istəməzdim. Bunun da səbəni var.

-Nədir o səbəb?

-Gəncdir, hər hansı bir ağılsızlıq edib. Bunun da cəzasını bizim məhkəmə verib. Qanun ona yerini və həddini bildirib. Gəlin onun ad və soyadını deməyək. Çünki o, 15 sutka aldığı cəzadan nəticə çıxaracaq. Bəlkə ondan sonra həyatda düzgün yola gələr. Amma biz onun adını versək, ətrafında dostları, tanışlarının yanında həyata bağlılğını azatmış olarıq. Mən belə hesab edirəm. Qoy nəticə çıxarsın. Sabah onun ailə qurması, həyata bağlanması var. Anası var, qapılara düşüb qız istəyəcək. Mən istəmərəm ki, bir gənc bu hərəkətinə görə, bütün şanslarını itirsin. Onu ictimailləşdirib, adının yayılmasını istəmərəm.

–Həmin şəxin yaşı neçədir?

-Nə fərqi var. Yaşı nəyisə dəyişir? Onun 50 yaşı da ola bilər, 18-də. Hər halda yetkinlik yaşını keçmiş insandı.

Bahar RÜSTƏMLİ
AzNews.az