“Rəsmi İrəvan “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına hələ hazır deyil”. “Rəsmi İrəvan “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına hələ hazır deyil”.

Ermənilər “Dağlıq Qarabağ”dan imtina etdi

“Rəsmi İrəvan “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına hələ hazır deyil”.



AzNews.az xəbər verir ki, bunu "İrs" partiyasının sədri Raffi Ovannisyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda bunun üçün hüquqi baza yoxdur.

"Şəxsən mən və partiyamız "Dağlıq Qarabağ"ın tanınması məsələsini heç vaxt qaldırmayacağıq. Heç Qarabağın özü də bu prosesə hazır vəziyyətdə deyil", - deyə partiya lideri vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentində "İrs" partiyasının "Dağlıq Qarabağ"ın tanınması üçün dəfələrlə qaldırdığı təklif siyasətçilər tərəfindən qınanıb və bildirilib ki, bu, sülh danışıqlarına mənfi təsir göstərə bilər.