“Kekusin-kan-karate-do” Beynəlxalq Komitəsi Rusiya prezidenti Vladimir Putinə “kekusin-kan” üzrə 8-ci dan verib. “Kekusin-kan-karate-do” Beynəlxalq Komitəsi Rusiya prezidenti Vladimir Putinə “kekusin-kan” üzrə 8-ci dan verib.

Putin karate üzrə 8-ci dan aldı – FOTOLAR

“Kekusin-kan-karate-do” Beynəlxalq Komitəsi Rusiya prezidenti Vladimir Putinə “kekusin-kan” üzrə 8-ci dan verib.



AzNews.az xəbər verir ki, bu məlumatı Komitənin prezidenti Xaçuo Royama yayıb.
Qeyd edək ki, Vladimir Putin cüdo və sambo üzrə idman ustasıdır.

2006-cı ilin sentyabrında o, Avropa Cüdo İttifaqının fəxri prezidenti seçilib. 2010-cu ildə isə Putin Cənubi Koreya Universitetinin cüdo sahəsi üzrə fəxri diplomuna layiq görülüb.

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi vəzifəsində çalışıb.


AzNews.az
image description