Gəncə şəhərində silsilə oğurluqlar törədən Şəki rayon sakini saxlanılıb. Gəncə şəhərində silsilə oğurluqlar törədən Şəki rayon sakini saxlanılıb.

Gəncədə bir neçə yerdən oğurluq edən şəxs tutuldu

Gəncə şəhərində silsilə oğurluqlar törədən Şəki rayon sakini saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Nizami küçəsində yerləşən qadın salonundan 1 ədəd don, 1 ədəd parik, Vaqif küçəsində yerləşən mağazadan bir ədəd qolbağı və bir ədəd qızıl üzük, Atatürk prospektində yerləşən kosmetika mağazasından 2 ədəd qadın və kişi qol saatları, qadın parfümeriyaları və bijüteriyalar oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluğu 1991-ci ildə Şəki rayonunun Aşağı Göynük kəndində anadan olan, hazırda Daşkəsən rayonunun Xoşbulaq kəndində kirayədə yaşayan Nəzirov Araz Rafiq oğlu edib. O. Nəzirov Gəncə şəhərində maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.