Bu gün axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu gün axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qatar avtomobillə toqquşdu- Xəsarət alanlar var

Bu gün axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, yük qatarı ilə 90 EZ 821 dövlət nömrə nişanlı "Volkswagen" markalı minik maşını toqquşub.

Qəza qorunmayan Məşədi Həsən dəmiryol keçidində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.