Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb. Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.

Kürdəmir və Qazaxda avtomobillər aşdı- 1 ölü, 1 yaralı

Kürdəmir rayonu, Qarabucaq sovxozunda vətəndaşa məxsus "Hyunda" markalı minik avtomobili yolun kənarına aşıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücü Vaqif Əlizadənin cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qazax rayonu, Çaylı kəndində isə vətəndaşa məxsus "Naz Lifan" markalı minik avtomobili yolun kənarına aşıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.