Daxili Işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə dünən gecə saxlanılan motosiklet sürücüləri bu gün həbs edilib. Daxili Işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə dünən gecə saxlanılan motosiklet sürücüləri bu gün həbs edilib.

Nazirin əmrilə saxlanılan motosikletçilər həbs olundu

Daxili Işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə dünən gecə saxlanılan motosiklet sürücüləri bu gün həbs edilib.

AzNews.az xəbər verir ki, Səbayel və Nəsimi rayon məhkəmələri sürücüləri avtoxuliqanlıqda günahkar bilərək, bir neçə sutkalıq azadlıqdan məhrum edib.

Həbs cəzasının 6 motosiklet sürücüsünə şamil edildiyi bildirilir. Saxlanılan daha 5 sürücünün taleyi haqda isə məlumat verilmir.

Qeyd edək ki, dünən axşam 6 motosiklet nazir Ramil Usubovun gözü önündə yol hərəkəti qaydalarını pozaraq, avtoxuliqanlıq ediblər.

Bundan sonra nazir həmin motosikletlərin tapılmasını, ümumiyyətlə, Bakıda əksəriyyətinin qeydiyyatlarında problem olan, yol hərəkətlərini tez-tez pozan motosikletlərlə bağlı təcili ölçü götürülməsi tapşırığı verib.

Gecə saatlarından başlanan "motosiklet ovu"nda 11 motosiklet saxlanılaraq dayanacaqlara aparılıb.

Məlumata görə, əməliyyata rəhbərliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Səhlab Bağırov (102), Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri Rəşadət Babayev (302) və Bakı şəhəri DYP-nin inzibati şöbəsinin rəisi Malik İbrahimov (304) edib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov oxu.az-a dünən gecə saat 22.00-dan etibarən Bakı şəhərində motosikletlərə qarşı xüsusi reyd keçirildiyini təsdiqləyib.

Şöbə rəisi qeyd edib ki, o özü də motosikletlərə qarşı xüsusi reyddə iştirak edib.

"Onlar müxtəlif yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılaraq məsuliyyətə cəlb olunub, motosikletləri isə dayanacağa aparılıb", deyə, V.Əsədov bildirib:

"Hazırda dayanacaqda 10-11 motosiklet var".

Polis rəsmisi motosikletçilərin polisin saxla əmrinə tabe olmamalarını da vurğulayıb:

"Onlar "Azneft" dairəsində DYP əməkdaşının saxla əmrinə tabe olmayıb. Motosiklet sürücülərini saxlamaq üçün yol polisi Yusif Səfərov və Şərifzadə küçələrində süni tıxac yaradıb".

Azər
AzNews.az