Amerika Birləşmiş Ştatlarının şərq hissəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Ötən gün Nyu-York ştatında donvurma və infarktdan azı 12 nəfər ölüb. Amerika Birləşmiş Ştatlarının şərq hissəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Ötən gün Nyu-York ştatında donvurma və infarktdan azı 12 nəfər ölüb.

ABŞ-da qar 12 nəfərin həyatına son qoydu - VİDEO

Amerika Birləşmiş Ştatlarının şərq hissəsində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Ötən gün Nyu-York ştatında donvurma və infarktdan azı 12 nəfər ölüb.

AzNews.az-ın məlumatına görə, ölüm halları, əsasən, Bufalo şəhərində olub. Üç gündür ki, şəhərə yağan qar fasiləsiz olaraq davam edir. Şəhərdə qarın səviyyəsi iki metrə çatıb. Nyu-York ştatının meri Endryu Kuomo qarlı havaların hələ bir neçə gün davam edəcəyinə dair xəbərdarlıq edib.

Xilasedicilər gün ərzində qarın əsarətində qalan insanları xilas etmək üçün fasiləsiz fəaliyyət göstəriblər. Rəsmilər azı 300-ə yaxın avtomobilin yollarda qaldığını məruzə ediblər. Amerikanın Milli Hava Xidməti havaların həftəsonu isinəcəyini, temparturun 15 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırıblar.

Meteoroloqların məlumatına görə, Bufalo şəhərinə son üç gündə yağan qar bir illik norma həcmində olub.