Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Bakıda yol qəzası - Xəsarət alanlar var

Bakının Nərimanov rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.



APA-nın məlumatına görə, qəza Təbriz və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qeydə alınıb. Tural Malik oğlu Məmmədbəylinin idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Vidadi Baxşeyş oğlu Məmmədovun idarə etdiyi "Daewoo" toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları yaralılara ilkin tibbi yardım göstəriblər. Avtomobillər isə yararsız hala düşüb.

Olay yerinə gələn Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya həm yüksək sürət həm də işıqforun işləməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.