Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kriştiano Ronaldo qaçışına görə pələngə, iti baxışına görə isə qartala bənzədilib. Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kriştiano Ronaldo qaçışına görə pələngə, iti baxışına görə isə qartala bənzədilib.

Ronaldonun hansı heyvana bənzədiyi üzə çıxdı - VİDEO

Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kriştiano Ronaldo qaçışına görə pələngə, iti baxışına görə isə qartala bənzədilib.



AzNews.az xəbər verir ki, bu bənzətmə Mərakeşdə 10-20 dekabr tarixləri arasında təşkil ediləcək 2014 FİFA Dünya Klublar Kubokunun əyləncəli bir təqdimat videosunda yer alıb.

FİFA-nın rəsmi internet saytında yayılan xəbərdə deyilir ki, Yaponiyanın bir reklam agentliyi futbolçuların sahədə uğur qazanmaq üçün sifət cizgilərindəki ehtiraslarını heyvanların təbiətdəki həyat mübarizəsinə bənzədib.

Videoda dünyanın aparıcı futbolçularının və onlara bənzədilən heyvanların mübarizələrindən nümunələr göstərilib.

Qeyd edək ki, 11-ci dəfə təşkil ediləcək turnirə ev sahibi ölkənin milli çempionu ilə birlikdə altı qitədəki ən böyük klub turnirlərinin çempionları qatılacaq.

Mərakeş bu turnirə artıq ikinci dəfə ev sahibliyi edəcək.





AzNews.az