Dünən gecə futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib. Dünən gecə futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib.

İspaniya La Liqasında 12-ci tura start verildi - VİDEO

Dünən gecə futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib.



AzNews.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Atletik" (Bilbao) öz meydanında "Espanyol"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Bu gün isə maraqla gözlənilən "Eybar" – "Real Madrid" və "Barselona" – "Sevilya" cütlükləri üz-üzə gələcək.

Qeyd edək ki, tura noyabrın 24-də keçiriləcək bir oyunla yekun vurulacaq.

21 noyabr
İspaniya La Liqası, XII tur
"Atletik" – "Espanyol" - 3:1
Qollar: Aduris, 29 (1:0), Viquera, 44 (2:0), İturaspe, 78 (3:0), Sançez, 84 (3:1)

22 noyabr
19:00 "Atletiko" – "Malaqa"
21:00 "Eybar" – "Real Madrid"
23:00 "Barselona" – "Sevilya"
01:00 "Deportivo" – "Real Sosyedad"

23 noyabr
15:00 "Rayo Valyekano" – "Selta"
20:00 "Levante" – "Valensiya"
22:00 "Elçe" – "Kordoba"
00:00 "Vilyarreal"- Xetafe"

24 noyabr
23:45 "Qranada" – "Almeriya"