“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun qohumu kimi tanınan Robertin mənə hədiyyə etdiyi əlil arabasını 4 ildir ki, sürürəm. Bu, olmasaydı, gəzə bilməzdim, çünki yeriyə bilmirəm”. “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun qohumu kimi tanınan Robertin mənə hədiyyə etdiyi əlil arabasını 4 ildir ki, sürürəm. Bu, olmasaydı, gəzə bilməzdim, çünki yeriyə bilmirəm”.

“Robertin hədiyyə etdiyi əlil arabasını sürürəm…” - FOTOLAR

“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubovun qohumu kimi tanınan Robertin mənə hədiyyə etdiyi əlil arabasını 4 ildir ki, sürürəm. Bu, olmasaydı, gəzə bilməzdim, çünki yeriyə bilmirəm”.



AzNews.az xəbər verir ki, bunu metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında, əsasən Əhməd Rəcəbli küçəsindəki magistral yolda öz balaca əlil arabasıyla dilənçilik edən 47 yaşlı Elşən deyir.

Dilənməklə gününə 10-15 manat qazanan Elşən bildirir ki, anadangəlmə şikəstdir.
"Xəstə anam var, Maştağada müalicə alır. Evdə bacımla yaşayıram. Nəzir yığmaqla dolanıram. Neyniyim, iş yoxdur. Onsuz da olsaydı da bu halımla işləyə bilməzdim. Arabadan qalxa bilmirəm. Bu vəziyyətdə özümü heç bəyənmirəm. Ailə də qurmadım. Bu vəziyyətdə mənə heç kim gəlməz", - deyə Elşən vurğulayır.

Onu bu ərazidə demək olar ki, hamı tanıyır. Əlil arabasıyla hərəkət edən Elşənin yolu keçəndə qayda-qanuna riayət etməsi, işıqfora tabe olması çox insanların diqqətindən yayınmır.

Onu, sözün əsil mənasında yaşadan elə bu magistral yoldur. Bu yolda həm arabasını sürür və həm də özünə çörək pulu qazanır.

Onun yalnız bircə istəyi bu əlil arabasını təzələməkdir. Təzəsini isə almağa pulu çatmır.

Elşən yeni araba üçün bankdan 1400 manat kredit almaq istəyib, ancaq verməyiblər.
Elşənə verilən şey hələlik nəzirdir…








Vasif Əlihüseyn