Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.

Zibillikdən silah-sursat tapıldı - FOTOLAR

Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub.



"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Babanın AzNews.az-a verdiyi məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib.

"Təmiz Şəhər" ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:
161 ədəd 7.62 çaplı təlim patronu
38 ədəd 7.62 çaplı patron
9 ədəd 5.45 çaplı patron
2 ədəd radioötürücü
1 ədəd radioötürücünün cərəyan dolama cihazı
1 komplek hərbi durbin
1 ədəd PDM-2 30 mm-lik mərmisi
1 ədəd tüfəng qundağı


Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənən tullantılar təkrar emal üçün hazırlanır.





Gültəkin ƏLƏSGƏR
AzNews.az