Bu gün Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Yaşar Nurinin ölümündən iki il ötür. Bu gün Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Yaşar Nurinin ölümündən iki il ötür.

Yaşar Nurinin ölümündən 2 il ötür

Bu gün Azərbaycanın teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Yaşar Nurinin ölümündən iki il ötür.



"Bu gün Yaşarı ziyarət edəcəyik. Ailə üzvləri olaraq, onun məzarını hər həftə ziyarət edirik. Onun görüşünə tez-tez gəlirik. Bu gün Fəxri Xiyabana ailəsindən başqa kimlərin gələcəyini bilmirəm. Hər halda, kimin yadındadırsa, onlar Yaşarı ziyarət edəcəklər. Yaşarsız keçən iki il mənim üçün, qızları üçün çox ağır oldu", - sənətkarın xanımı Rəhimə Nuriyeva "Report"a deyib.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə baxılır.

Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.


AzNews.az