Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 90 il ötür. Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 90 il ötür.

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır

Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 90 il ötür.



AzNews.az xəbər verir ki, ədliyyə işçilərinin peşə bayramı günü münasibətlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında mərasim keçirilib.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev iştirak edib.

Dövlət başçısı İlham Əliyevin peşə bayramları münasibətilə ədliyyə işçilərinə ünvanladığı təbrik məktubunu Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.

Ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladıb.

Nazir qeyd edib ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnib.

Ədliyyə sisteminin inkişafında dövlətin diqqət və qayğısından danışan nazir qeyd edib ki, Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxminli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir:

"Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsi 90 illik yubileyini qeyd edən ədliyyə orqanları işçilərinin sevincinə səbəb olub. Bildirilib ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf meylləri ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapıb. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirib".

Fikrət Məmmədov deyib ki, hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sisteminin tarixindən danışıb, son illərdə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını, bu sahədə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Azərbaycanda məhkəmə hakimiyyətinin Konstitusiyada təsbit olunduğunu bildirən Ali Məhkəmənin sədri, insan hüquq və azadlıqlarının qorunması üçün hazırda ölkədə üçpilləli məhkəmə sisteminin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Mərasimdə xarici ölkələrdən göndərilən təbrik məktubları oxunub. Sonra Ədliyyə Nazirliyinin fəaliyyətindən bəhs edən "Ədliyyə Nazirliyinin dünəni, bu günü" filmi nümayiş olunub..

Mərasim konsert proqramı ilə davam edib.


AzNews.az