Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib. Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.

AzNews.az trend-ə istinadən xəbər verir ki, həmin vəzifəyə artıq yeni təyinat aparılıb. M.Rzayev isə başqa vəzifəyə keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

Qeyd edək ki, Gəncə rayon Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razilaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir.