Bakıda ötən gün zəncirvari yol qəzası baş verib. Bakıda ötən gün zəncirvari yol qəzası baş verib.

Bakıda dəhşətli yol qəzası - 1 nəfər öldü, 6 nəfər xəsarət aldı

Bakıda ötən gün zəncirvari yol qəzası baş verib.



Bakı Şəhər Baş Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, Heydər Əliyev prospektində Bakı şəhər sakinləri 1978-ci il təvəllüdlü Gülağa Fərzəliyevin idarə etdiyi "Reno", 1984-cü il təvəllüdlü Məmməd Nəcəfovun idarə etdiyi "Mercedes", 1953-cü il təvəllüdlü Əşrəf Həsənovun idarə etdiyi "Mercedes", 1979-cu il təvəllüdlü Natiq Xəlilovun idarə etdiyi "Honda", 1977-ci il təvəllüdlü Xəyal Rzayevin idarə etdiyi "Hyundai", 1968-ci il təvəllüdlü Asəf Eyvazovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Sürücülər M.Nəcəfov, Ə.Həsənov, G.Fərzəliyev və onun sərnişini 2003-cü il təvəllüdlü Xaliq Rəhimli, "Honda" avtomobilinin sərnişinləri – 1981-ci il təvəllüdlü Nuray Xəlilova, 2014-cü il təvəllüdlü Munisə Xəlilova və bacısı 2011-ci il təvəllüdlü Surə Xəlilova xəsarət alaraq müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər.

S. Xəlilova saat 16:30 radələrində xəstəxanada ölüb, digər yaralıların həyatını xilas etmək mümkün olub.


Faktla bağlı rapon polis idarəsi tərəfindən araşdırma aparılır.


AzNews.az