“Azərbaycandakı teatrların hamısına hələ indiyə qədər heç yerdə oynanılmayan pyeslər təqdim etmişəm, amma onların heç biri səhnəyə qoyulmayıb”. “Azərbaycandakı teatrların hamısına hələ indiyə qədər heç yerdə oynanılmayan pyeslər təqdim etmişəm, amma onların heç biri səhnəyə qoyulmayıb”.

"Mənim əsərlərimi tamaşaya qoymurlar" - Firuz Mustafa

“Azərbaycandakı teatrların hamısına hələ indiyə qədər heç yerdə oynanılmayan pyeslər təqdim etmişəm, amma onların heç biri səhnəyə qoyulmayıb”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Dramaturgiya şöbəsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa bildirib.

"Adətən hər bir əsərin səhnəyə yol tapması mürəkkəb, üzücü bir proseslə müşayiət olunur. Görünür, bunu proseduranın özü belə tələb edir. Teatrlara verdiyim pyeslərin səhnə taleyi isə məndən asılı deyil. Bu, artıq teatrlardan asılı olan məsələdir, ancaq hiss edirəm ki, bəzi teatrlarda mənə soyuq bir münasibət var. Təxminən, bunun da səbəbini bilirəm", - deyə yazıçı əlavə edib.

Qeyd edək ki, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bir il öncə verdiyi mətbuat konfransında Firuz Mustafanın pyesləri haqda bunları deyib: "Mən Firuz Mustafanın pyeslərini tamaşaya qoymaq istəyirdim. 12 pyesini oxudum və gördüm ki, bu pyeslərdən heç birini tamaşa qoya bilmərik".


Bahar RÜSTƏMLİ
AzNews.az